Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 27 may 2016-cı il tarixində saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Rəsulzadə küçəsi 174) Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev küçəsi 42) müraciət etmələri (əlaqə telefonları: 020-274-35-15, 055-455-41-21, 050-668-29-31) xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB