DYNX təbliğat işlərini davam etdirir

DYNX təbliğat işlərini davam etdirir

Məktəbliləri Novruz bayramı şənliklərində yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək, həmçinin, onlarda həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatları zənginləşdirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Binəqədi rayonundakı Ə.Şıxlinski adına 135 və N.Nərimanov adına 248 nömrəli orta məktəblərində yanğına qarşı təbliğat xarakterli tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirlərdə "Novruz bayramı zamanı yanğın təhlükəsizliyi" adlı slayd təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, tonqalların yanar materiallardan, evlərdən, mühəndis-texniki qurğulardan, elektrik və qaz xətlərindən kənarda yandırılması, tam söndürülənədək nəzarətdə saxlanılmasına ciddi əməl olunması, şənliklərdə atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən istifadənin qadağan olmasından, şənliklərdə azyaşlıların, uşaqların odla dəcəllik etməsinə yol verilməməsindən danışılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, sonda isə Novruz bayramı zamanı yanğın təhlükəsizliyindən bəhs edən plakat və "Hər bir məktəbli yanğın təhlükəsizliyi qaydalarını bilməlidir" adlı buklet məktəb rəhbərliyinə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə