Sabunçu rayonunda bayram mərasimi keçirilib

Sabunçu rayonunda bayram mərasimi keçirilib

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, millət vəkili Dilarə Cəbrayılova və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər. Bayram tədbirində çıxış edən Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev qeyd edib ki, cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolu mövcuddur: "Müasir dövrümüzdə bu tendensiya davam edir. Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı vəkili, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Təbii ki, hər bir azərbaycanlı ana və bacılarımız da bu örnəyi görür, götürür və ictimai-soaial həyatda reallaşdırmağa çalışır. Hər bir Azərbaycan xanımını bu bayram münasibəti ilə təbrik edirəm".

Adil Vəliyev öz çıxışında Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salaraq, bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğu bildirib. Eyni zamanda, müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyini vurğulayıb:"Bu gün ölkəmizdə formalaşmış kişi və qadınlar arasındakı bərabərhüquqluluq prinsipi digər ölkələrə bir öörnək kimi göstərilə bilər. Hər bir Azərbaycan xanımı müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Xanımlarımızın böyük əksəriyyəti iş və siyasət adamı, ictimaiyyətçi kimi öz uğurlu sözlərini deyirlər. Əlbəttə ki, bütün bunların kökündə dayanan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən mükəmməl qadınlar siyasəti dayanır. Öz ölkəsini, dövlətini sevən hər bi azərbaycanlı xanım bu siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcək".

Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qurup qadın Sabunşu rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və müxtəlif hədiyyələrlə təltif olunublar. Tədbir konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə