Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Xocalı faciəsini əks etdirən sərginin materialları ilə tanış olub. Tədbirin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlaıb.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Elman Məmmədov dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım barədə ətraflı məlumat verib, faciənin səbəb və nəticələri haqqında danışıblar.
Dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğu şəxsi heyətə çatdırılır.
Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanıb. Soyqırım hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilən bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirib. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər sayəsində Xocalı faciəsi xarici ölkələrdə də geniş şəkildə anılır.
Tədbirdə ölkə rəhbərliyinin bu sahədəki ardıcıl və uğurlu fəaliyyəti nəticəsində Xocalı soyqırımının bütün beynəlxalq təşkılatlar və dünya dövlətləri tərəfindən tanınacağına, mənfur erməni xislətinin ifşa olunacağına qəti əminlik ifadə edilib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB