“Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqrımıdır” FOTOLAR

Bu mövzuda Binəqədi rayonuunda yerləşən R.Pirnəzərov adına 299 N-li məktəb-liseydə tədbir keçirilib

Xocalı soyqrımının ildönümü ölkəmizin hər hər yerində olduğu kimi Bakı şəhərinin Binəqədi rayonunda da geniş şəkildə qeyd olunur. Tərtib olunan plana uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində soyqrımın 24-cü ildönümü ilə bağlı foto və rəsm sərgiləri, eləcədə içtimaiyyətin geniş iştirakı ilə tədbirlər keçirilir.

Daha bir tədbir Biləcəri qəsəbəsindəki R.Pirnəzərov adına 299 N-li məktəb-liseydə keçirilmişdir. "Xocalı facıəsi XX əsrin ən dəhşətli soyqrımıdır" mövzusunda keçirilən tədbirdə məktəb-liseyin müəlim-şagird kollektivi, Biləcəri Bələdiyyəsinin sədri və nümayəndələri, Binəqədi Rayon İcra hakimiyyətinin nümayəndəsi və valideynlər iştirak etmişlər.

Tədbiri açan məktəb-liseyin direktoru Solmaz Kazımlı Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olduğunu bildirdi. Qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən biridir: "Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırım aktını törədiblər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarət yetirilib. 1275 sakin -köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyulub".

S.Kazımlı onu da bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi: "Ulu Öndərimiz Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Dahi Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir".

Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, Ermənistanın işğalçılıq siyasət, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər xüsusilə diqqət çəkəndir: "Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası nəticəsində dünya xalqları, onların parlamentləri Xocalı soyqrımı ilə bağlı geniş məlumatlar əldə edə biliblər. "Xocalıya ədalət" kampaniyasının nəticəsində bir sıra ölkələr, eləcədə ABŞ-ın 19 ştatı Xocalı soyqrımnı rəsmən tanıyıblar".

Cıxış edənlər faktlara istinadən onu da bildirdirdilər ki, Xocalıda mülki əhalinin heç birinə aman verilməməsi, soyqrımın əvvəlcədən planlaşdırıldığını göstərir: "Xocalıdan çıxan dinc əhalinin pulemyot, avtomat və digər silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 24 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə əvvəlcədən planlaşdırılan genosid soyqırım niyyətinin dayandığını göstərir".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə