Tikintidə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb

Tikintidə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb

2015-ci ilin IV rübündə yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz ucuzlaşıb, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz ucuzlaşıb.

Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər 3,1 faiz ucuzlaşıb, yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə