Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Nardaran ziyalıları və məktəbliləri ilə görüş keçirilir. SIA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev də iştirak edir. İştirakçıları salamlayan Dövlət müşaviri onlarla görüşdən böyük məmnunluq duyduğunu söyləyib. Azərbaycanın regionda ən güclü dövlət olduğunu söyləyən akademik ölkəmizdə müxtəlif din nümayəndələrinin dostluq, mehribançılıq şəraitində yaşadığını diqqətə çatdırıb. O, Nardaran qəsəbəsində bu ənənənin yaşandığını deyən Kamal Abdullayev dövlətimizin bu məkana göstərdiyi diqqət və qayğıdan danışdı. Görüş diskussiya şəklində davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB