Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Psixo-Yol" layihəsinin açılış tədbiri baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə layihənin rəhbəri Güllü Eldarzadə layihə haqqında ətraflı məlumat verərək, gələcək təlim və tədbirlərin əsas məqsədlərini açıqlayıb. O, Gənclər Fonduna layihə yazılması, xüsusilə də müsahibə mərhələsində uğur qazanmaq üçün psixoloji maneələrin aşılması, komplekslərin aradan qaldırılması barədə fikirlərini iştirakçılarla bölüşüb.
Diskussiyalar şəklində davam edən tədbir ərzində layihə rəhbəri gənclərin suallarını da cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB