Kiyevdə GUAM PA-nın VIII iclası keçirilib

Kiyevdə GUAM PA-nın VIII iclası keçirilib

Kiyevdə GUAM Parlament Assableyasının VIII iclası keçirilib. GUAM-ın mənzil-qərargahından bildiriblər ki, tədbirdə GUAM-ın iştirakçısı olan dövlətlərin parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvləri iştirak ediblər.

Tərəflər GUAM PA-nın VIII iclası və GUAM PA-nın Bürosunun dekabrın 10-da keçirilən iclasları ərəfəsində dörd profil komitənin iclaslarının keçirilməsini alqışlayaraq vurğulayıblar. Bu iclasların müntəzəm keçirilməsi təcrübəsi Parlament Assambleyasının gündəliyindəki məsələlərin müzakirəsinin keyfiyyətini artırmağa, habelə GUAM formatında parlament əməkdaşlığının potensialının reallaşmasına kömək edəcək.

Parlament Assambleyası noyabrın 1-də Azərbaycan Respublikasında növbəti parlament seçkilərini müşahidə edən missiyaya, habelə bu missiyanın həyata keçirilməsinə göstərdiyi dəstəyə görə GUAM-ın Katibliyinə təşəkkür edib.

Parlamentlərarası Assambleya quruma təşəbbüskar və məzmunlu sədrlik etdiyinə, habelə PA-nın iclasını yüksək səviyyədə təşkil etdiyinı görə Ukrayna parlamentinə təşəkkür edib. Bildirilib ki, Ukraynanın sədrliyi dövründə GUAM formatında parlamentlərarası əməkdaşlığın inkişafına sanballı töhfə verilib.

İclasda GUAM PA-nın və Baltik Assambleyasının birgə bəyanatı qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə