Bakıda hərəkət xəttini dəyişən bəzi marşrutların əvvəlki hərəkət xəttinə qayıtması məsələsinə yalnız "Baku Bus"-un 14 marşrutunu istifadəyə verdikdən sonra baxılacaq. Bu barədə məlumat SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilib.
İlk Avropa Oyunları ərəfəsində hərəkət xəttini dəyişən avtobusların bəzilərinin yenidən eyni xətt üzrə hərəkət etməsi gözlənilir.
"Baku Bus"-un mətbuat xidmətindən verilən məlumata görə isə yeni marşrut xətlərinin il sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, artıq bu gündən 63 nömrəli (əvvəlki 6 nömrəli) marşrut xəttinin hərəkət istiqaməti dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB