"Bu xəstələr qapalı xəstəxanalarda saxlanmalıdırlar" AÇIQLAMA

"Bu xəstələr qapalı xəstəxanalarda saxlanmalıdırlar" AÇIQLAMA

"Bu gün cəmiyyətdə xoşagəlməyən hadisələr yaşanır. Belə ki, valideynlər ruhi xəstə olan övladlarını evə gətirilər. Bu da sonda bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır". Bunu SİA-ya açıqlamasında psixoloq Tariyel Faziloğlu söyləyib.

Psixoloq bildirib ki, ruhi xəstələrin bəzilərini xüsusi şəraitdə müalicə olunması lazımdır: "Ağır dərəcəli şizofreniya tipli xəstələri uzunmüddətli müalicə almalıdırlar. Onlar cəmiyyət və ailə içərisinə həm özləri, həm də ətraf insanlar üçün ciddi təhlükə mənbəyidirlər. Onlar uzun müddət qapalı tipli xəstəxanalarda müalicə almalıdırlar. Çünki şizofreniyanın müalicəsi demək olar ki, yoxdur. Bəzən insanlar həmin xəstələri evlərinə gətirirlər. Bu ciddi təhlükəlidir və qəti qadağandır. Bəzən şizofreniyanın bəzi növləri var ki, onlar artıq tam müalicə almasalar da, cəmiyyət üçün təhlükəli deyillər. Onlara ailə ilə qalmaq dərəcəsi verilir. Həmin insanlar evə buraxıla bilərlər. Lakin ağır dərəcəli şizofreniyalı xəstələrinin qapalı tipli xəstəxanalardan kənara buraxılması qanunla da qadağandır".

Bütün xəbərlər Facebook səhifəmizdə