Ombudsman haqqında qanuna dəyişiklik edildi

Ombudsman haqqında qanuna dəyişiklik edildi

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. SİA-nın məlumatına görə, bildirilib ki, dəyişikliklərə əsasən, Müvəkkilin aparatında Milli Preventiv Qrupu yaradılır və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər.

Konstitusiya qanununa edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə