Rumıniya Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə şöbəsi ölkənin hazırkı Baş naziri Viktor Pontaya qarşı maliyyə fırıldağı ittihamı ilə cinayət işi açıb. Bu haqda məlumatı Reuters agentliyi yayıb.
Məlumata görə, hazırda baş nazirin bank hesabı və aktivləri dondurulub.
Rumıniya prezidenti Klaus Yohannis Baş nazirə istefa vermək təklifi irəli sürüb. Qarşı tərəf isə bundan imtina edib: "Məni bu vəzifədən yalnız ölkə parlamenti çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB