“Çanaqqala Savaşı” müsabiqəsinə yekun vurulub

“Çanaqqala Savaşı” müsabiqəsinə yekun vurulub

Türkiyə Cumhuriyyətinin Bakıdakı Səfirliyi, Mədəniyyət və Tanıtma Müşavirliyi, Azərbaycan Yazıçılar Birliyi Çanaqqala Savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə elan etdikləri müsabiqəyə yekun vurub. SİA-nın məlumatına görə, müsabiqəyə əsərlər şərti imza ilə çap halında, beş nüsxə olmaqla təqdim olunub. Türkiyənin Bakıdakı Səfirliyində baş tutan mükafatların təqdimetmə mərasimi zamanı musiqisi azərbaycanlı bəstəkar Sevinc Tofiqqızına aid olan, Mədəniyyət və Tanıtma Müşavirliyinin Çanaqqala savaşına həsr etdiyi klipin nümayişi olub. Beş nəfərdən ibarət münsiflər heyətinin hər nominasiya üzrə on ballıq sistemlə keçirdiyi qiymətləndirmədə doqquz qalibin adı müəyyən edilib. Təqdim olunan əsərlərdən ədəbi müsabiqənin təşkilinə töhfə kimi kitab ərsəyə gələcək. Qaliblər üçün isə may ayında Çanaqqala turu təşkil ediləcək.

Qeyd edək ki, Ölkəmizdə Çanaqqala Şavaşının yüzilliyinə həsr olunan müsabiqə ilə yanaşı, hər il bir sıra tədbirlərə, müxtəlif mərasimlərə imza atılır. Sözü gedən müsabiqəyə martın 2-də start verilmişdi. Aprelin 14-də isə yekun vurulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə