Bu gün gecə saat 23:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları" QSC-in qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq. Bu barədə SİA-ya Nəqliyyat nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən bildiriblər.
Məlumatda bildirilir ki, asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlı olacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC alternativ variant kimi 28 may, Nizami, Rixord Zorge, Puşkin küçələrindən istifadə etməyi məsləhət görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB