Hüseyin Cavidin 133 illiyi qeyd olunacaq

Hüseyin Cavidin 133 illiyi qeyd olunacaq

Hüseyn Cavidin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş "Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu" mövzusunda Respublika Elmi Konfransı 2015-ci il oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi "Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu" mövzusunda respublika elmi konfransı keçirəcək. SİA-nın məlumatına görə, Cavidşünaslar və bütün cavidsevərlər materialları AMEA Hüseyn Cavidin Ev Muzeyinə (Bakı ş. İstiqlaliyyət küç.26 ünvanına) çap və elektron formada ([email protected]) təqdim etməlidir. Materialların qəbul edililib–edilməməsi haqqında qərarı muzeydə təşkil olunmuş konfrans təşkilat komitəsi verir. Konfrans materiallarına verilən tələblər:

Mətn A4 formatda, 12 ölçülü "Times New Roman" shrifti ilə, 1.5 intervalda hazırlanmalı, 5-8 səhifə həcmində olmalıdır. Yuxarı 2 sm., sağdan 3 sm., soldan 1 sm məsafə buraxılmalıdır.

Mətninin əvvəlində məruzəçinin adı, soyadı təmsil etdiyi müəssisə, növbəti sətrdə məruzənin adı verilir. Sonda ədəbiyyat siyahısı təqdim olunur. Mətnə rus və ingilis dillərində 5 cümlə həcmində xülasə əlavə olunur.

Əlavə məlumat üçün: Telefon: (012) 492-06-57

Bütün xəbərlər Facebook səhifəmizdə