Azərbaycan ordusunun gücü haqqında hesabat yayıldı İNGİLTƏRƏDƏ!

Azərbaycan ordusunun gücü haqqında hesabat yayıldı İNGİLTƏRƏDƏ!

İngiltərənin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu "The Military Balance-214" adlı hesabatında Azərbaycan və Ermənistan ordusu haqqında məlumatlarla çıxış edib.

Hesabatda gəstərilir ki, Azərbaycan müdafiə sahəsində NATO ilə əməkdaşlıq edir: "Həmçinin Türkiyə ilə yaxın hərbi əməkdaşlığa malikdir. ABŞ da Xəzərdə təhlükəsizlik sahəsində Azərbaycana dəstək verir."

Ermənistan ordusu haqqında isə məlumatların yer aldığı hesabatda qeyd olunur ki, bu ölkə bir neçə keçmiş sovet respublikasının birləşdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür: "Ermənistan ordusu hələ də çağırışçılar hesabına formalaşır. Hərbi hava qüvvələrində təyyarələrin xidmətə yaralılığı sahəsində suallar var."

Sənəddə erməni silahlı qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağda saxlanan silahlar haqqında da qısa da ola məlumat verilir. Beynəlxalq Araşdırmalar İnstitunun əməkdaşları erməni hərbi qüvvələrinin işğalı altında olan Qarabağda silah və avadanlıqlar müşahidə etdiklərini bildiriblər.

Sənədə əsasən Azərbaycan və Ermənistan ordularının durumu aşağıdakı ifoqragikada göstərilib:

Tank

"Azərbaycan- 433, Ermənistan-109,

Piyadaların döyüş maşını

Azərbaycan- 381, Ermənistan - 196,

Zirehli nəqliyyat vasitəsi

Azərbaycan- 594, Ermənistan- 177,

Artilleriya qurğusu

Azərbaycan- 545, Ermənistan- 232,

Döyüş təyyarəsi

Azərbaycan- 44, Ermənistan- 32,

Döyüş vertolyotu

Azərbaycan- 90, Ermənistan- 24"

Bütün xəbərlər Facebook səhifəmizdə