Dayanma, durma qaydasını pozaraq yollarda hərəkəti iflic edən sürücülərə qarşı nəzarət gücləndirilir. Paytaxt yollarında bu qaydanın daha çox pozulduğu və belə maşınların tıxaca səbəb olduğu nəzərə alınaraq bakının bütün mərkəzi küçə və prospektlərinə yol polisləri təhkim edilib.
Sürücülər "Dayanmaq qadağandır" nişanına əməl etmirlər. Bir çox sürücü avtomobilini məhz piyadlar üçün nəzərdə tutulmuş səki və ərazilərdə saxlıyır. Paytaxt polisi bu qaydaları pozan sürücülərə qarşı mübarizəni gücləndirib.
Yol polisi bildirir ki, bəzi hallarda hətta bir sürücü ay ərzində bir neçə dəfə eyni qayda pozuntusuna görə cərimə olunur. Belə sürücülərə qarşı mübarizəni gücləndirən yol polisləri avtomobilləri evakutorla cərimə meydançasına göndərir. Yollara təhkim olunan polislər avtobus dayanacaqlarının zəbt olunmasına da ciddi nəzarət edirlər.
Görünən odur ki, hələ də bir çox sürücü şəhərin mərkəzi ərazilərində dayanma durma qaydalarını pozmağa davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB