Yeni subartezian quyuları qazılacaq

Yeni subartezian quyuları qazılacaq

Göygöl və Samux rayonlarında yeni subartezian quyuları qazılacaq. SİA-nın bölgə müxbiri xəbər verir ki, Göygöldə 12 min 510 hektar əkinə yararlı torpaq sahəsi var və bu sahələrin suvarılmasında 197 subartezian quyusundan, 10 nasos stansiyasından və rayon ərazisindən keçən 3 təbii çay sularından istifadə olunur. Yola saldığımız 2014-cü ildə rayonun suya ehtiyacı olan 6 kəndində 8 yeni subartezian quyusu qazılıb, 3 nasos stansiyası isə təmir edilib. Hazırda rayon üzrə 30 subartezian quyusunun qazılmasına ehtiyac var. Samux suvarma sistemləri idarəsi isə 23 min 120 hektar əraziyə xidmət edir. İdarənin balansında 490 subartezian quyusu, 25 nasos stansiyası var. Ötən il idarə tərəfindən 16 subartezian quyusu qazılıb, 400 nasos təmir edilib. Bu il isə 11 subartezian quyusunun qazılması, 365 - nin isə təmir olunması planlaşdırılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə