Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Fransanın paytaxtı Paris şəhərində yerləşən "Şarli Ebdo" (Charlie Hebdo) qəzetinin redaksiyasında törədilmiş terror aktını qətiyyətlə pisləyir. ATGTİ-dən SİA-ya verilən məlumatına görə, bu məqsədlə ATGTİ-nin sədri Şahin İsmayilov Fransa Respublikasının Azərbaycandakı səfiri cənab Paskal Mönyeyə başsağlığı məktubu ünvanlayıb.
Məktubda bildirilir: "Cənab səfir, biz baş vermiş terror aktını qətiyyətlə pisləyir, hadisədə həlak olanların ailələrinə və fransa xalqına Allahdan səbr diləyirik. Biz terrordan əziyyət çəkmiş bir ölkənin vətəndaşları olaraq, terrorun milliyyəti olmadığını düşünür və onun istənilən forması ilə kəskin mübarizə aparılmasının vacibliyini bir daha vurğulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB