Təhsil almaq hüququ hər bir vətəndaşa şamil edilsə də nədənsə son zamanlar ailələrdə qız uşaqların təhsil almalarına müəyyən məhdudiyyətlər qoyulur. Bəzən isə qızlar özləri oxumaq istəmir, ya da ali məktəbləri bitirdikdən sonra ixtisasları üzrə işləməyə maraq göstərmirlər. Bunun səbəbini SİA-ya alim Rəşid Mahmudov söyləyib. Bildirib ki, qızların ən böyük alimliyi övlad böyüdüb cəmiyyətə düzgün insanlar bəxş etməkdən ibarətdir: "Dünyada ən böyük ideyanı qadınlar görür. Qadınlar müharibəni yaratmaq, sülh sazişi bağlatmaq gücünə malik varlıqlardır. Elm sübut edir ki, qadınlar kişilərdən daha ağıllıdır. Qızların orta məktəbdən yayınmasının bir çox səbəbləri var. Buna kasıbçılığı, savadsızlığı, erkən ərə verməyi misal göstərə bilərəm. Onu da deyim ki, bəzi dindarlar qızlarını oxutmamağa çalışırlar. Bunların hər biri qızların elmlə məşğul olmamasına səbəb olur. Qızların bəziləri də savad alır, müəyyən iş qurur daha sonra isə ərə getmək istəmirlər. Ailələr qızlarını hikkəli böyütməməlidirlər. Çünki o zaman qızlarımız ailə qurmur və evdə qalırlar. İnsanı insan edən onun qurduğu ailədəki düzgün münasibətdir. Bir sözlə insanları olduğu kimi qəbul etməli və öz yolunla düz getməlisən. Qızlarımıza məsləhətim odur ki, karyera arxasınca getməsinlər. Çünki müəyyən vaxtdan sonra onların ailəyə ehtiyacı olacaq. Hesab edirəm ki, qızlarımız həm təhsil almalı, həm də zamanları yetişəndə ailə həyatı qurmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB