Qusarda Ulu Öndər anıldı

Qusar rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra anım tədbiri rayon mədəniyyət sarayında davam etdirib. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək Ulu öndərin həyat və siyasi fəaliyyəti haqqında məlumat verib.

Ş.Alxasov bildirib ki, Ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız davamlı iqtisadi inkişaf yoluna qədəm qoydu.Heydər Əliyevin misilsiz xidmətləri xalqımızın qəlbində özünə əbədi abidə ucaltdı.

Tədbir iştirakçılarına Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tərəfindən şair Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" poeması əsasında hazırlanmış Ulu öndərə həsr olunmuş teatrlaşdırılmış ədəbi bədii kompozisiya təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə