Jurnalistlərin gediş haqqları PULSUZ OLACAQ

Jurnalistlərin gediş haqqları PULSUZ OLACAQ

Gələn ilin 12-28 iyun tarixləri arasında Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı jurnalistlər üçün bir sıra imtiyazlar tədbiq olunacaq. SİA xəbər verir ki, bu barədə "izvestiya.az" yazıb. Olimpiya Oyunlarını işıqlandıran media işçiləri 29 may tarixindən 1 iyul tarixinə qədər Bakıda fəaliyyət göstərən bütün nəqliyyat vasitələrindən (taksilərdən başqa-red.) pulsuz istifadə edəcəklər. Avtobus və metrodan başqa, jurnalistlər Bakı bulvarında fəaliyyət göstərən gəzinti qatarlarından və katerlərdən də pulsuz istifadə etmək hüququ əldə edəcəklər.

Həmin ərəfədə isə şəhərdə fəaliyyət göstərn ictimai nəqliyyat vasitələri daha geniş qrafiklərlə çalışacaqlar. Hansı ki, bu qrafik hazırda saat 05:00-dan, 00:00-a qədəri təşkil edir.

Qeyd edək ki, artıq jurnalistlərin akreditəsinə başlanılıb və bu proses 2015-ci ilin 6 martında yekunlaşdırılacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə