Qarabağ Regional Uşaq Forumu keçirilib FOTO

Qarabağ Regional Uşaq Forumu keçirilib FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il oktyabrın 20-dən noyabrın 20-dək elan edilən "Uşaq hüquqları aylığı" çərçivəsində Qarabağ Regional Uşaq Forumu keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan Forumun əsas məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasına kömək etmək idi.

Forumda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Ağcabədi rayon icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva, Rayon Polis İdarəsinin rəis müavini Yadigar Hüseynov və digər qonaqlar iştirak ediblər.

Forumu giriş sözü ilə açan Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova Forumun əhəmiyyəti barədə çıxış edib, iştirakçılara uşaq hüquqlarından bəhs edən qısametrajlı filmi təqdim edib.

Digər çıxış edən natiqlər BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası, uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə qəbul olunan normativ sənədlər və bu sahədə görülən işlər barədə danışıb, Forumun vacibliyini qeyd ediblər.

Qeyd edək ki, tədbirin yekununda Qarabağ Regional Uşaq Forumunun iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar.

Rəsmi hissə bitdikdən sonra, Forum uşaqların hazırladığı musiqi, teatr, rəqs nömrələri ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə