Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonunda cəlilabadlılar da fəal iştirak edirlər. Aksiya zamanı şəhərin park və bağlarında, xiyabanlarda, avtomobil yollarının kənarında, yaşayış məntəqələrində 1000-dən çox müxtəlif növ ağac əkilib.
Aksiyada rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyası əhali tərəfindən razılıqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB