Bu gün ölkəmizdə bir çox xoşagəlməz hadisələr baş verir. Bunun müxtəlif səbəbləri var. Bunu SİA-ya psixoloq-psixoterapevt Təhminə Çələbi söyləyib. Bildirib ki, ailədə baş verən zorakılıq birdən-birə olmur: "Burada müəyyən patoloji hal olduğunu düşünürəm. Çünki normal psixologiyalı insan kiçik bir münaqişədə belə reaksiyalar verməz. Deməli, həmin şəxslərin psixoloji gərginlikləri, problemləri vardır. Müəyyən hallarda onlar öz cinayətlərinə bəraət qazandırmağa çalışırlar. Açıqlamalarında da aydın görünür ki, onun psixoloji problemləri mövcuddur. Ümumiyyətlə ailədaxili münaqişələrə barmaqarası baxmaq olmaz. Çünki son zamanlar bu cür xoşagəlməz hallar həddən artıq çoxalıb. Düşünülür ki, bu zorakılıq ailə daxilində qalacaq və çox az hallarda polisə şikayət olunur. Əksər hallarda da polis bölmələrində buna ciddi yanaşılmır. Bu da cinayətin törədilməsinə səbəb olur. Əgər insan öz emosiyalarına hakim deyilsə o, cinayət törədə bilər. Bu baxımdan da insan yaxınlarında belə bir problem görürsə çalışıb onu gizlətməməlidir. Tam əksinə psixoloqa müraciət edib, o gərginliyi vaxtında aradan qaldırmalıdır ki, bu gün belə cinayətlər törədilməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB