Lənkəranda payız-qış mövsümünə hazırlıq işləri müzakirə edilib
Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən şura iclasında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
İcra hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev idarə, müəssisə və təşkilatlarda payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib.
Lənkəran Şəhər İcra Hakimyyətinin başçısı Taleh Qaraşov payız-qış mövsümündə rayonun ən ucqar dağ kəndlərində əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verib.
Çıxışlarda yaşayış məntəqələrində qazlaşdırma işlərinin davam etdirilməsinin, şəhərdaxili yolların asfaltlaşdırılmasının qısa müddətdə başa çatdırılmasının, yaşayış binalarında təmir-bərkitmə işlərinin davam etdirilməsinin, yaşıllaşdırma işlərininə və səliqə-sahmana diqqətin artırılmasının vacibliyi vurğulanıb.
Yığıncaqda, bələdiyyə seçkilərinə hazırlıq, 15 sentyabr – "Bilik Günü"nün yüksək səviyyədə keçirilməsi və digər məsələlər də müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB