Sabah gecəyə doğru Azərbaycanda hava şəraiti dəyişəcək, lakin günorta saatlarında havanın temperaturunun 40 dərəcə olacağı proqnozlaşdırılır. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilir.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman proqnozlaşdırılır. Cənub-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 25-28, gündüz 35-40 dərəcə isti olacaq. Avqustun 30-da havanın temperaturu 5-8 dərəcə enəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. şərq küləyi arada güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB