Motoyürüş Milli Qurtuluş günü münasibətilə keçirilir
Baykerlərimiz Zaqrebdə

Milli Qurtuluş günü münasibətilə, motoyürüşə çıxan baykerlərimiz artıq mənzilbaşına çatıb. SİA-nın anstv-yə istinadən verdiyi məlumatına görə, "Azərbaycanı Avropada tanıdaq!" devizilə yürüş edən baykerlərimiz artıq Zaqrebdədir. Baykerlərimiz ilk dəfə olaraq "Harley Devidson" festivalında iştirak edəcəklər.

Bundan başqa motoyürüş iştirakçıları Belqrad və Avropa şəhərlərində Azərbaycana aid abidələri ziyarət edəcəklər. Onlar Xocalı faciəsi, Dağlıq Qarabağ problemi və Azərbaycan haqqında Heydər Əliyev Fondunun təqdim etdiyi broşurları və kitabları paylayacaqlar.

Qeyd edək ki, "Azərbaycanı Avropada tanıdaq!" devizi altında motoyürüş iyunun 7-də başlayıb. 10 000 km-lik motoyürüş "Harley Devidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə