Bakı metrosunda kabellər əriyir DİQQƏT!

Bakı metrosunda kabellər əriyir DİQQƏT!

"Bakı Metropoliteni" QSC bu gün baş verən hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, metroda baş verən tüstülənmə vaqonun mühərrikinin kabelində baş verən boşluqdan yaranıb.

Məlumata görə, tüstülənən qatar depoya göndərildikdən sonra mütəxəssislər tərəfindən yoxlama aparılıb. Məlum olub ki, vaqonlardan birinin mühərrikindən çıxan kabeldə boşluq yaranıb. Bu zaman kabel qızıb və əriməyə başlayıb. Tüstülənmə də bu səbəbdən baş verib.

Qeyd edək ki, bu gün səhər Bakı Metropoliteninin "Koroğlu" stansiyasında 38 saylı marşrut üzrə hərəkət edən qatarın vaqonlarından birində tüstülənmə baş verib. Sərnişinlər təxliyə ediliblər. Tüstülənmənin qarşısı alındıqdan sonra qatar depoya göndərilib. Hadisə nəticəsində bütün xətlərdə qatarların hərəkətində ləngimə olub. Lakin artıq saat 08:39-dan etibarən qatarların hərəkəti bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə