Heydər Əliyev parkında gül bayramı ilə bağlı işlər yekunlaşır Yenilənib

Heydər Əliyev parkında gül bayramı ilə bağlı işlər yekunlaşır Yenilənib

Azərbaycanın bütün ərazilərində, o cümlədən paytaxt Bakıda mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ənənəvi olaraq keçirilən Gül bayramına hazırlıq işləri sürətlə davam edir. SİA-nın xəbərinə görə, bayram münasibəti ilə Heydər Əliyev Parkında hazırlıq işləri başa çatmaq üzrədir.

Hazırda parkda son tamamlanma işləri gedir. Bütün işlərin sabaha kimi yekunlaşması nəzərdə tutulur. Güllərin yerli və xarici ölkələrdən gətirildiyi bildirilir. Gül bayramına hazırlıqla əlaqədar 100-ə yaxın könüllü cəlb olunub. Parkda tarixi abidələrimizin, müxtəlif cizgi qəhrəmanlarının güllərdən ibarət maketləri də yer alıb. Onu da qeyd edək ki, əvvəlki gül bayramından fərqli olaraq bu il Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkı güllərlə bəzədiləcək.

Eyni zamanda Səbail rayonunda bayramla əlaqədar işlər görülür. Bayramla əlaqədar şəhərin mərkəzindəki "Sahil bağı"ndakı hər 3 fəvvarələrin ətrafı güllərlə bəzədilir. Burada da işlərin bu gün axşama yekunlaşması gözlənilir.

Qeyd edək ki, Gül bayramı şənliyi mayın 10-da saat 11.00-da Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında başlayacaq. Saat 21.00-da isə Dənizkənarı Milli Parkda - Saat Qülləsinin yanında bayram konserti və atəşfəşanlıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə