ARDNŞ-ın Qaz emalı zavodunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirilib
Bu gün ARDNŞ-ın Qaz emalı zavodunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirilib. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndərin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Qaz emalı zavodunun direktoru Aqşin Paşayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi müstəsna xidmətləri barədə ətraflı söz açıb. Zavodun əmək kollektivinin təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin memarı olduğunu, onun işıqlı xatirəsinin dünya durduqca xalqımızın qəlbində yaşayacağını bildiriblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə və İkinci Dünya Müharibəsində qazanılmış qələbənin 69 illiyinə həsr olunmuş futbol üzrə zavod birinciliyinin qaliblərinə hədiyyə və fəxri fərmanlar təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB