AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binası açıldı
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının açılışı olub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevin 2012-ci il iyulun 25-də imzaladığı Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi üçün ilkin olaraq beş milyon manat vəsait ayrılıb. Akademiya şəhərciyinin ərazisində inşa edilən beşmərtəbəli binada hər cür şərait yaradılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü ucaldılıb.
Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" xüsusi cildi barədə məlumat verilib. Bildirilib ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunan cilddə 14 bölmədə 155 məqalə toplanıb. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dilində işıq üzü görüb. Hazırda "Azərbaycan" cildinin ingilis dili versiyası üzərində iş görülür.
Sonra Prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan "Azərbaycan Muğam Ensiklopediyası", 847-ci ildə hazırlanmış dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunan kitabları təqdim edilib.
Dövlətimizin başçısı binada yaradılan şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB