Dünyaşöhrətli yazıçı, dedektiv əsərləri ilə böyük oxucu kütləsi qazanan xalq yazıçısı Çingiz Abdullayev respublikanın ilk "Gənclər Paytaxtı" və Avropanın 2016- cı ildə "Gənclər Paytaxtı" olacaq Gəncə şəhərində öz oxucuları ilə görüşüb.
SİA-nın məlumatına görə, Gəncə şəhər İcra hakimiyyətinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında baş tutan görüşdə şəhər ictimaiyyəti, gənclər, ali və orta təhsil müəssisələrinin nümayəndələri, QHT və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri "Odlar Yurdu" GİB sədri Nigar Ələsgərova açaraq qonaqları salamlayıb. Belə bir tədbirin keçirilməsinə dəstək olduğu üçün Gəncə şəhər rəhbərliyinə, Yeni Azərbaycan Partiyasına gənclər və tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, gənc şair Xəyal Rza çıxış edərək bu tədbirin gənclər üçün, onların kitab oxumağa həvəslərinin artırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyiblər.
Tədbir Çingiz Abdullayevlə maraqlı müzakirələr, sual- cavab, səmimi söhbət və müxtəlif diskussiya mühitində davam edib. Yığıncaqda həmçinin, yazıçının əsərləri müzakirə olunub. Yazıçı öz həyat təçrübəsini gənclərlə paylaşıb. Görüş iştirakçıların böyük marağına səbəb olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB