Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "ElmTV" elmi internet telekanalı fəaliyyətə başlayır. AMEA-dan SİA-ya verilən xəbərə görə, akademiyanın bu gün keçiriləcək sessiyasında "ElmTV"-nin fəaliyyətə başlaması ilə bağlı təqdimat keçiriləcək.
İnternet televiziyası hələlik AMEA-nın rəsmi saytı daxilində fəaliyyət göstərəcək. Sonra TV-nin geniş və 3 dildə - Azərbaycan, rus və ingilis dillərində yayımı nəzərdə tutulur. Bu internet televiziyasında əsasən elm xəbərləri efirə veriləcək.
Qeyd edək ki, Azərbaycanda 5-ə yaxın internet telekanalı yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB