"Millət vəkillərinin problemləri qlobal şəkildə qabartmaları obyektiv deyil"
"2013-cü il Azərbaycan üçün uğurlu illərdən biri oldu. Belə ki, keçən il siyasi və iqtisadi baxımdan göstəricilərimiz olduqca yüksək idi. ÜDM-n artımına görə ölkəmiz yenə də ön sıralardadır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Mübariz Qurbanlı AR Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatının müzakirəsi zamanı çıxışında qeyd edib.
Onun sözlərinə görə, hesabata nəzər yetirdikdə aydın şəkildə görünür ki, Azərbaycanda nəzərdə tutulan iqtisadi islahatlar ardıcıl şəkildə həyata keçirilir: "Ölkənin seçmiş olduğu strategiya və taktika çox düzgündür. Misal olaraq, ölkə başçısı İlham Əliyev bu ili "Sənaye ili" elan edib. Əgər biz bunu 10 il əvvəl elan etsəydik, o zaman qarşıya qoyulan məqsədləri lazımi səviyyədə həyata keçirə bilməzdik. Buna görə də bütün işlər mərhələli şəkildə olmalıdır. Bu gün Azərbaycanın regionları və şəhərləri arasında demək olar ki, çox cüzi fərq hiss olunur".
Millət vəkili həmçinin bildirib ki, dünyanın problemsiz ölkəsi yoxdur: "Azərbaycan gənc ölkədir və eyni zamanda müharibəyə cəlb edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan düzgün siyasət xətti ilə inkişaf edir. Buna görə də millət vəkillərinin bir sıra problemləri qlobal şəkildə qabartmaları obyektiv deyil. Xüsusilə də, mətbuatda bəzi hallarda qeyri-obyektiv, dəqiq olmayan məlumatlar yayılır və bütün bunlar da bizim tərəfimizdən haqlı olaraq tənqid edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB