24 yanvar tarixindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gənclərin sosial aktivliyinin artırılması və inkşaf etdirilməsi üçün həyata keçirilən VIII Möcüzə - "Qış Liderlik Məktəbi" layihəsinə qeydiyyat başlayıb. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, 10-15 fevral tarixində VIII Möcüzə - "Qış Liderlik Məktəbi" layihəsi həyata keçiriləcək.
24 yanvar tarixindən etibarən gənclər atgti.az ünvanına daxil olaraq VIII Möcüzə - "Qış Liderlik Məktəbi" layihəsində iştirak etmək istəyən tələbələr online (onlayn) ərizə-anket formasını dolduraraq layihəyə qoşula bilərlər. Qış "Liderlik Məktəbin"də bütün ali və orta ixtisas təhsil müəssisələrinin I və II kurs tələbələri iştirak edə bilərlər.
2010-cu ildən eitbarən ATGTİ tərəfindən ildə 2 dəfə reallaşdırılan bu layihənin məzunlarının sayı 700-ü ötüb. Layihənin məzunlarının bir hissəsi hal-hazırda TGT sədrləri, beynəlxalq qurumların əməkdaşları, özəl şirkətlərin işçiləridirlər. Onların bir çoxu ölkəmizi beynəlxalq müstəvidə uğurla təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB