Azərbaycan Milli Elmlər Akademiyasının müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 24-cü il dönümü ilə əlaqədar tədbirlər keçiriləcək. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadə xüsusi sərəncam imzalayıb.
Sənəddə Akademiya qurumlarının rəhbərlərinə tapşırılır ki, 2014-cü il 13-17 yanvar tarixlərində 20 Yanvar gününün Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB