BDM TRT-nin Bakı təmsilçiliyini ziyarət edib

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) rəhbərliyi TRT-nin Bakı təmsilçiliyini ziyarət edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ziyarətdə məqsəd təmsilçiliyin rəhbəri Yüksəl Dəyərcanın Bakıdakı fəaliyyət müddətinin başa çatması və TRT-nin yeni təyin olunan təmsilçisi Emrah Timuçin Yazıcını fəaliyyətə başlaması münasibətilə təbrik etməkdir.

Görüşdə BDM sədri İsmayıl Ağayev və Yüksəl Dəyərcan Azərbaycan-Türkiyə münasibətləri və ortaq həyata keçirilən fəaliyyətlər haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan-Türkiyə qardaşlıq bağlarının daha da möhkəmləndirilməsində, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, eyni zamanda diaspor fəaliyyətlərimizə vermiş olduğu dəstəyə görə BDM adından Yüksəl Dəyərcan minnətdarlıq plaketi ilə mükafatlandırılıb.

Qeyd edək ki, Yüksəl Dəyərcan TRT-nin xarici əlaqələr dairəsi başqan yardımçısı vəzifəsinə təyin olunub və o, sabah Ankaraya yola düşəcək. Görüşdə BDM sədrinin müavini Samir Adıgözəlli, idarə heyətinin üzvü Ələmdar Nəbiyev və BDM-in dəvəti ilə Bakıda qonaq olan ASİM-DER başqanı Göksəl Gülbəy iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə