Düşmən cavab atəşi ilə susdurulub

Düşmən cavab atəşi ilə susdurulub

Cəbhə xəttində gərgin vəziyyət davam edir. SİA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Füzuli, Tovuz və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə