Gənclərin dövlət qulluğuna qəbulu üzrə hüquqi dərslik çap olunub

Gənclərin dövlət qulluğuna qəbulu üzrə hüquqi dərslik çap olunub

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən "Yeni hüquq ədəbiyyatı" layihəsi çərçivəsində Vüqar Əsgərov və Elvin Əliyevin birgə müəllifləri olan "Dövlət qulluğuna qəbul üzrə qanunvericilik toplusu və test tapşırıqları" hüquq dərsliyi işıq üzü görüb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə əməkdaşlığı nəticəsində 1000 tirajla çap edilən kitab pulsuz olmaq şərtilə gənc hüquqşünaslara, tələbələrə, hüquq sahəsi üzrə təlim keçirən QHT-lərə, dövlət, həmçinin digər aidiyyatı qurum və şəxslərə paylanacaq.

Dərsliyin cildində "YARAT!" Müasir İncəsənət Məkanının rəssamı Fəxriyyə Məmmədovanın əsəri yer alıb ki, bu da incəsənətlə hüququn harmoniyasını yaratmaqla yanaşı, həm də hüququn müasir incəsənətə verdiyi dəstəkdir.

Topluda test tapşırıqları da yer alıb. Test tapşırıqları dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqələrin test imtahanı mərhələsi üçün müəyyən edilən qanunvericilik proqramına uyğun olaraq hər bir normativ akt üzrə hazırlanıb. Təqdim olunan test tapşırıqlarının məqsədi dövlət qulluğuna qəbula hazırlaşan şəxslərin müvafiq qanunvericilik üzrə biliklərinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə