Bələdiyyələrlə bağlı yeni qanun layihəsi hazırlanır

Bələdiyyələrlə bağlı yeni qanun layihəsi hazırlanır

"Regional Məsələlər Komitəsi yeni qanun layihəsini yaxın gələcəkdə müzakirəyə çıxaracaq". Bu barədə SİA-ya açıqlamasında komitə sədri Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsi bələdiyyələrin fəaliyyəti ilə bağlı olacaq: "Hazırda yeni "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət" haqqında qanun layihəsi üzərində hazırlıq işləri davam etdirilir. Layihə tam hazır olmadığından, komitəmizin iclasında müzakirə olunmayıb. Qanun layihəsi üzərində hazırlıq işləri başa çatdıqdan sonra müzakirələr aparılıb, Milli Məclisin plenar iclasına tövsiyə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə