Paytaxt gəncləri arasında layihəyə start verilib

Paytaxt gəncləri arasında layihəyə start verilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənclər İttifaqı tərəfindən sentyabr ayından başlayaraq "Bakı şəhəri gəncləri arasında könüllülük hərəkatının təbliği" layihəsinə start verilib. SİA-nın məlumatına görə, layihənin məqsədi Bakı şəhərinin Xəzər, Sabunçu və Suraxanı rayonlarındakı yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir.

Layihə çərçivəsində seçilən yeniyetmə və gənclər qrupuları üçün "Könüllülük haqqında məlumat", "Könüllülük hərəkatının əsas üstünlükləri", "Könüllülüyün cəmiyyətə töhfəsi", "Ümumkönüllü bəyannaməsi", "Könüllülü olmağın yolları", "Könüllülüyün şəxsi karyera inkişafında rolu", "Könüllülərin seçilm prinsipləri", "Könüllülərin vəzifəsi və statusu" kimi mözvular tədris ediləcək. Təlimlərdən sonra hər bir seçilən təhsil ocağında könüllülük ilə əlaqədar təlimləri bitirən gənclərin iştirakı ilə seminarın təşkili planlaşdırılır.

Layihəni icrası zamanı təlimlərdə iştirak edən gənclərin yerlərdəki müfaviq təşkilat və qurumlara səfərləri təşkil ediləcək. Bu tip səfərlərin məqsədi təşkilat və qurumlarda könüllü kimi fəaliyyətlər ilə tanış olmaq, könüllülərin gündəlik işinə baxmaq, bu haqda məlumatın tətbiq edilməsini müşahidə etmək, könüllülərin fəaliyyəti haqqında digər vacib məlumatı toplamaqdı.

Qeyd edək ki, layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 6.5.9 yarımbəndində (Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib.

Layihə 2013-cü ilin sonuna kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə