Kürdəmirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçki qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin görüşü keçirilmişdir. Kürdəmir rayonunun Carlı, Mollakənd, Ərərbxana, Çərtəyəz, Türkədi, Beyi, Qocalı, Pirəköcə, Xəlsə kəndlərinin seçiciləri ilə görüşdə Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, Yazıçılar Birliyinin üzvü, şair-jurnalist Zenfira Əlişqızı iştirak etmişlər.
Seçicilərlə görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək seçiciləri YAP-ın namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrasturuktur layihələrinin əhəmiyyətindən danışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə qazandığı sabit, demokratik ölkə imicini daha da möhkəmləndirir. Dünyanın 155 ölkəsinin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinə səbəb oldu. Bu tarixi nailiyyət Son 10 ildə görülən işlər, imzalanan fərman və sərəncamlar, müxtəlif sahələri əhatə edən proqramlar cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir. Cənab İlham Əliyev 10 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Ona görə də 9 oktyabrda hər birimiz seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasnın namizədi Prezident İlham Əliyevə səs verməliyik.
Çıxış edən təbliğat qrupunun üzvləri professor Əlikram Məmmədov, şair-jurnalist Zenfira Əlişqızı Azərbaycan dövlətinin son 10 ildə atdığı uğurlu addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirdilər. Tariximizin son 10 ili möhtəşəm quruculuq
illəridir.Yüksəlişin daha əzəmətli üfüqləri isə hələ qarşıdadır.Biz "İlhamla irəli" deyir və uğurlu gələcəyə üz tuturuq.
Milli Məclisin deputatı Fərhad Qəribov cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı ötən müddət ərzində xalq qarşısında bütün vədlərə layiqincə əməl edib. Bu isə məhz düşünülmüş siyasətin nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır.Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik . Biz kürdəmirlilər hər zaman Prezidentimizi dəstəkləmişik və oktyabrın 9-da bir daha dəstəkləyərək Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacağıq.
Seçicilərdən ağsaqqallar, gənclər, qadınlar və digərləri rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışmışlar. Onlar vurğulamışlar ki, Cənab İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən kürdəmirlilər öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcək və cənab İlham Əliyevə etimad göstərəcəklər.
Sonda Carlı kənd sakini ziyalı, şair Abduləziz Xanəhmədoğlu çıxış edərək vurğulayır ki, biz Kürdəmirlilər bütün bu inkişafın səbəbkarı kimi Ölkə başçımız cənab İlham Əliyevi görür, onu tanıyır və onu sevirik.Bu gün seçki ərəfəsində də öz düzgün seçimimizi etmişik.Həm namizəd, həm də Prezident kimi onu dəstəkləyir və ona ümid bağlayırıq.Hamımız bir səslə deyirik:
İlhamım
Adını döndərib qızıl bayrağa
Taxardım yurdumda arana, dağa.
Sənin qüdrətinlə qalxıb ayağa,
Açıb qollarını qoca Şirvanın,
Bu elin nicatı sənsən, İlhamım !
Qalxdın kürsülərə igid ər kimi
Döyüşdün müsəlləh bir əsgər kimi
Bitmisən kökündə hünərvər kimi
Koroğlusuz deyil bu gün meydanın
Bu elin nicatı sənsən, İlhamım !
Haqdan, ədalətdən güc alıb qolun
Ölməz Heydərimin yoludur yolun
Qartal zirvənindir,zirvə qartalın
Sevginlə yoğrulub iliyim qanım,
Bu eiln nicatı sənsən, İlhamım !
Oğul deyir vətən, torpaq, el sənə
Qranit qayasan batmaz yel sənə
Gün olsun ki, zəfər çalaq düşmənə
Sən ol xilaskarım, sən ol gümanım
Bu elin nicatı sənsən, İlhamım !
Eşqinlə çağlayır nəğmə, söz bu gün
Coşur sinəmdəki telli saz bu gün,
Yazır Abduləziz hələ az bu gün,
Zəkanı vəsf edir şerim, dastanım,
Bu elin nicatı sənsən, İlhamım !
A.X.Kərimli, YAP Kürdəmir rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB