Əqrəblər dəqiq fəaliyyət planına uyğun hərəkət etməlidirlər: ulduzlar daha nəyi deyir?
OĞLAQLAR yaxın günlərdə müxtəlif fəaliyyət növlərini məharətlə uyğunlaşdırıb xeyli qabağa düşəcəklər. Əsas məsələ nə istədiyinizi başa düşüb düzgün hədəflər seçmək, gəlir və xərclərinizi dəqiq planlaşdırmaqdır.
DOLÇALAR maliyyə çətinlikləri ilə üzləşə bilərlər. Amma ruhdan düşməyin. Siz dostlarınızın köməyi ilə bu çətinliklərin öhdəsindən gələcəksiniz, maliyyə durumunuz da yavaş-yavaş düzələcəkdir. Bu bürcün tənha nümayəndələrini uzunmüddətli olmağı vəd edən yaddaqalan görüş gözləyir.
BALIQLARIN sahibkarlıq və kommersiya ilə bağlı bütün işləri uğurlu olacaqdır. Öz biznesinizə başlamaq fikriniz varsa, hərəkətə keçin, çünki bu həftə işgüzar fəallığa rəvac verir. Təşəbbüslərinizi həyata keçirmək üçün qohumlarınıza və dostlarınıza güvənə bilərsiniz.
QOÇLAR tərəfdaşlıq münasibətləri qurmaq və işgüzar əlaqələri genişləndirmək üçün əlverişli həftəyə qədəm qoyurlar. Təklif verməyə tələsməyin, çünki indiki halda bütün ideyalarınız çiy vəziyyətdədir. Amma tərəfdaşlarınızın təkliflərini cəsarətlə dəstəkləyə bilərsiniz. Qazancınız təmin olunacaqdır. Şəxsi həyatda müsbət dəyişikliklər gözlənilir.
BUĞALAR bu günlər faydalı tanışlıqlar quracaq, görüş və danışıqlarda böyük uğur qazanacaqlar. Nüfuzunuz nəzərəçarpacaq dərəcədə artacaq, xidməti və ictimai vəziyyətinizdə müsbət dəyişikliklərə rəvac verəcəkdir. Həftə köhnə tanışlarla maraqlı görüşlər vəd edir. Amma ailədə münaqişələr gözlənilir. Ona görə də münasibətləri gərginləşdirməyin.
ƏKİZLƏR ətrafdakı hadisələrə sakit və təmkinlə yanaşmalıdırlar. Addım atmamışdan əvvəl dərindən düşünün. Bu məsləhətlərə qulaq assanız, problemlər və münaqişələrdən qurtula bilərsiniz. Umu-küsünüz varsa, açıq danışıb barışmaq lazımdır.
XƏRÇƏNGLƏR əvvəlcə ekstra hisslərinə güvənməli, sonra ətrafdakıların məsləhətlərinə qulaq asmalıdırlar. Nüfuzlu hamilər tapacaq, lazımlı adamlarla faydalı tanışlıqlar quracaqsınız. Sizinlə maraqlanacaqlar. Ola bilsin, peşəkarlıq səviyyənizi artırmağı vəd edən sərfəli təklif alacaqsınız.
ŞİRLƏRİ hər baxımdan uğurlu həftə gözləyir. Bir vaxtlar yalnız arzulaya biləcəyiniz hər şeyə bu həftə nail olacaqsınız. Bu proqnoz ilk növbədə xidməti fəaliyyətinizə aiddir. Burada sizi böyük uğur gözləyir. Qabiliyyətinizin layiqincə qiymətləndirilməsi maddi durumunuzu da yaxşılaşdıracaqdır.
QIZLARIN maddi rifahı yaxşılaşacaqdır. Siz peşəkarlıq baxımından yeni-yeni zirvələr fəth edəcəksiniz. Qazandığınız nailiyyətlər sayəsində daxili qüvvəniz üzə çıxacaqdır. Özünüzdə ən müşkül məsələləri həll etmək əzmi hiss edəcəksiniz. Bunun üçün təşəbbüskar olmalısınız. Enerjinizi lazımi məcraya yönəltsəniz, qeyri-adi nəticələrə nail olacaqsınız.
TƏRƏZİLƏRİ, xüsusən, yaradıcı insanları peşəkarlıq sahəsində xoş hadisələr gözləyir. Cəsarətlə ən çətin işlərə başlaya bilərsiniz. Siz mütləq onları axıra çatdırıb istədiyiniz nəticəni əldə edəcəksiniz. Rəhbərlik sizi tərifləyəcək, böyük əzmlə çalışmağınız məvacibinizin artırılması ilə mükafatlandırılacaqdır.
ƏQRƏBLƏR dəqiq fəaliyyət planına uyğun hərəkət etməlidirlər, çünki bu həftə gözləmədiyiniz problemlər bütün enerjinizi və vaxtınızı alacaqdır. Öz qayğılarınızı başqalarının üstünə yıxmağa çalışmayın. Çünki bununla problemlərinizi həll edə bilməyəcəksiniz. Əksinə, əlavə çətinliklərlə üzləşəcəksiniz.
OXATANLAR peşəkarlıq fəaliyyəti ilə bağlı bütün məsələlərin həllində rəhbərliyin təqdirinə bel bağlaya bilərlər. Problemlərinizi həll etmək üçün birbaşa rəhbərliyə müraciət edin. Xahişiniz cavabsız qalmayacaq. Tərəf-müqabiliniz də sizi dəstəkləyəcəkdir. Bu günlər daha perspektivli yeni səviyyəyə çıxa bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB