Sən əgər sovet vətəndaşı olduğunu iddia edirsənsə, müraciətini də həmin istiqamətdə qur. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "Milli Şura"nın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqdan xilas olmaq yollarını axtarmasına münasibət bildirərkən söyləyib.
A.Hüseynov R.İbrahimbəyovun Rusiya prezidenti Vladimir Putinə bu ölkənin vətəndaşlığından imtina etməklə növbəti səhvə yol verdiyini vurğulayıb. Onun fikrincə R. İbrahimbəyov özünü SSRİ vətəndaşı sayırdısa, elə sonuncu sovet rəhbəri olan Mixail Qorbaçova müraciət edərdi. Bəlkə onun müraciətinə o zaman daha ilıq yanaşardılar, deyən A.Hüseynov R.İbrahimbəyovun arxı tullanmadan, "hop" deməsinin təəsüratları içində çaş-baş qaldığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB