Bu gün Türkiyə səfirliyinin yeni mətbuat müşaviri Həmid Karadənizin tanişlıq tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, yeni müşavir iftar süfrəsində özünü təqdim edib. Müşavir bildirib ki, Bakıya 5 il müddətinə xidmətə göndərilib və bu iftar mərasimi həm də Azərbaycan jurnalistləri ilə tanışlıq məqsədi daşıyır.
Çıxışında hamını salamlayan Həmid Qaradəniz bildirib ki, "bir millət, iki dövlət"in jurnalistləri ilə anlaşmaqda çətinlik çəkməyəcəyinə inanır. O qəzetçiliklə bağlı düşüncələrini də Azərbaycan jurnalistləri ilə paylaşıb.
Hamid Karadəniz: "Türkiyə ilə Azərbaycan arasında dost, qardaş münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəyəm və buranı özümün foğma vətənim kimi hiss edirəm", - deyib.
Qeyd edək ki, Həmid Qaradəniz əslən Qarsdandır. Azərbaycan səfirliyindəki vəzifəsi onun diplomatik sahədə ilk işidir. Həmid Qaradəniz bundan əvvəl təhsil sahəsində çalışıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB