Mərkəz 250 mindən çox vətəndaşa xidmət göstərib

Mərkəz 250 mindən çox vətəndaşa xidmət göstərib

"ASAN Xidmət Mərkəzi fəaliyyət göstərdiyi müddət ərzində 250 mindən çox vətəndaşa xidmət göstərib" SİA-nın xəbərinə görə, bunu Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair dövlət proqramı layihəsinin ictimai müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, bu il vətəndaşlara 25 xidmət, 9 dövlət orqanı tərəfindən həyata keçirilib. İnam Kərimov Azərbaycanın bölgələrində səyyar avtobuslar vasitəsilə göstərilən xidmətlərin vacibliyini də vurğulayıb:"Xidmətlərin göstərilməsi üçün müasir avadanlıqlarla tam təchiz olunmuş səyyar avtobuslar fəaliyyət göstərdiyi 1 ay ərzində 15 mindən çox vətəndaşa xidmət göstərib. Qarşıda duran məqsədlərimizdən biri də bölgələrdə daimi olaraq asan xidmət mərkəzlərinin fəaliyyət göstərməsidir. Qeyd edim ki, bu il avqust ayında Gəncə şəhərində bu hadisə reallaşacaq. Gəncə və ətraf rayonların sakinləri bu mərkəzdən yararlanacaqlar".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə