Gəncə 4000-illik yubileyinə hazırlaşır

Gəncə 4000-illik yubileyinə hazırlaşır

Gəncə şəhər İcra Hakimiyyətində fəalların növbəti toplantısı keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib. Müşavirədə yubiley tədbirlərinə hazırlıq çərçivəsində görüləcək işlər ətraflı şəkildə təhlil edilib. Bildirilib ki, Gəncə şəhərinin qədim tarixinin əks etdirilməsi istiqamətində monoqrafiya hazırlanacaq. Ayrıca yeni xronologiya tərtib ediləcək. Bir sıra tarixi binaların əsaslı şəkildə təmiri həyata keçiriləcək ki, yeni binalar da hazırlanacaq kataloqlara daxil ediləcək. Ayrıca yeni turizm marşrutları yaradılacaq. İmamzadə dini kompleks və Səviskar qəbiristanlığında mərasim zalları inşa ediləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə