29 iyun 2013-cü il tarixdə özünü "Talış Ağsaqqallar Şurası"nın lideri adlandıran Əlikram Hümbətov internet səhifələrində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbsi ilə bağlı əsassız iddialar söyləmiş və hakimiyyət orqanlarının ünvanına böhtan dolu yalan ifadələr səsləndirmişdir. Biz tam məsuliyyətlə bəyan edirik ki, nə Lənkəranda, nə də ətraf bölgədə "Talış Ağsaqqallar Şurası" adında təşkilat yoxdur və belə bir təşkilat tanımırıq. Bu fikirlər Lənkəran ağsaqqallarının SİA-ya ünvanladığı bəyanatın mətnindəndir.
Bəyanatda daha sonra deyilir:
- Müsavat başqanının müşaviri Yadigar Sadıqovun Lənkəran şəhərində Qarabağ qazisini vəhşicəsinə döydüyünə görə həbs olunmasından görəsən, Əlikram Nümbətov nə üçün əndişələnib? Əvvələn vətən xaini olan Əlikram Hümmətov özünün bədnam hərəkətləri ilə bütün Cənub bölgəsinin əhalisinin nifrətini qazanmışdır. Tarixi düşmənlərin əlilə 1993-cü ildə qondarma "Talış Muğan Respublikası"nı yaratdığını elan etməklə Azərbaycanın ərazi bütövlüyünü parçalamış bu avanturist, başıpozuq insan haçandan talışların vəkili olub? Ataların yaxşı bir sözü var: "Dostunu gostər, sənin kim olduğunu deyim". Bir vaxtlar Azərbaycan dövlət müstəqilliyinin ilk kövrək addımlarını atarkən özlərinin vəzifə hərisliyi, şəxsi ambisiyaları və düşmənçilik hərəkətləri ilə ölkəni uçuruma aparmış İsa Qənbərlər, Əlikram Hümbətovlar bu gün bir düdükdə çaldıqlarını göstərmək istəyirlər. Tarix ən ədalətli hakimdir, hər şeyi öz adı ilə çağırır. Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan talışlar heç nəyi unutmayıblar. Bir vaxtlar Əlikram Hümbətov quldur dəstəsi ilə Cənub bölgəsində at oynadanda, günahsız insanları məhkəməsiz həbs edib heyvan kimi zirzəmilərə salanda, cinayətkar dəstə üzvlərinə ailəsinin yanında, ictimaiyyətin gözü qarşısında zülm edib döydürəndə, təhqir edəndə, ləyaqətini alçaldanda İsa Qənbər Ali Sovetdəki rahat kreslosunda əyləşib bu barədə heç düşünmək belə istəmirdi. Bəli, özbaşınalığı, başıpozuqluğu, dərəbəyliyi özlərinə ideya yolu seçmiş saxta liderlərdən nümunə götürən Yadigar Sadıqov da "Babam mənə kor dedi, hər yetənə vur dedi" düşüncəsi ilə fikirləşərək günahsız və köməksiz Qarabaq əlilini, Vətən uğrunda vuruşaraq yaralanmış, görmə qabiliyyətini itirmiş vətənpərvər bir insanı əlaltıları ilə birləşərək təpikləmiş, ona ciddi bədən xəsarətləri yetirmişdir. Sözsüz ki, bu cür hərəkətlər cəzasız qala bilməz. Biz hüquqi dövlətdə yaşayırıq. Bu gün Azərbaycanda vətəndaşların hüquq və azadlıqları Konstitusiya səviyyəsində qorunur. Heç kim heç kimin dinc, təhlükəsiz yaşayışını poza bilməz, ləyaqətini alçalda bilməz. Yadigar Sadıqov məhz vətəndaşın Konstitutsion hüquqlarını kobudcasına pozduğuna görə ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Əlikram Hümbətovun bu hadisə ilə bağlı mövqeyinə isə bir ad vermək olar: mənəviyyatsızlıq və siyasi riyakarlıq.
Lənkəran rayon ağsaqqalları adından:
1.Kamal Kələntərli - Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri
2.Sərhad Məmmədov - Ağsaqqallar Şurasının sədr müavini
3.Mirhaşım Talışlı - Ağsaqqallar Şurasının sədr müavini
4.Ələkbər Əliyev - Milli Qəhrəman atası, Ağsaqqallar Şurasının üzvü
5.Fərəməz Bağırov - Ağsaqqallar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB